Dəyişən dünya və sürətlə rəqəmsallaşan maliyyə bazarı yeni nəsil riskləri də özü ilə gətirir. Bu çağırışlara hazır olmaq və biznesin dayanıqlılığını qorumaq məqsədilə AmCham Azərbaycan tərəfindən təşkil olunan “İlk Risk və Dayanıqlılıq Konfransı” baş tutub. Yelo Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən bu mötəbər tədbir sektorun peşəkar simalarını bir araya gətirib.
Konfransın diqqət mərkəzində olan "Maliyyə İnstitutlarında Risklərin İdarə Edilməsi" panelində Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova da spiker qismində çıxış edib. Günay xanım rəqəmsal transformasiya dövründə bankların çevikliyini necə qorumalı olduğu, süni intellektin risk idarəçiliyinə təsiri və sektorun gələcək mənzərəsi barədə Bankın strateji təcrübələrini bölüşüb.
Yelo Bank müasir bankçılıq standartlarının formalaşmasına və peşəkar dialoq platformalarına töhfə verməkdən qürur duyur. Bank biznes mühitini daha təhlükəsiz və dayanıqlı edən bu cür təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Sərfəli şərtlərlə mikro kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!