Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi

Yelo Bank gənclərin karyera hazırlığını dəstəkləməyə davam edir. Bir neçə ay öncə seçim turu başlamış “Yelaw Boot Camp” proqramının iştirakçıları artıq bəlli oldu. Proqramın əsas məqsədi bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığını həyata keçirməkdir.

Proqramın açılış tədbirində bütün iştirakçılar Yelo Bank-ın baş ofisi ilə tanış oldular. Daha sonra Bankın əməkdaşları Yelo dəyərləri, brend kimliyi, məhsul və xidmətləri haqqında ətraflı məlumat verdilər. İştirakçıların bir-birini yaxından tanıması məqsədilə ilk komanda quruculuğu oyunu təşkil edildi. Beş həftəlik proqram boyunca iştirakçılara korporativ hüquq üzrə təkcə nəzəri deyil, həm də praktiki biliklər real iş mühitində aşılanacaq. Proqramı uğurla başa vuracaq iştirakçıları Yelo Bank-da karyera fürsəti gözləyir. Bu təşəbbüs təcrübəsiz, lakin perspektivli istedadların yetişdirilməsinə üstünlük verən və onların peşəkar inkişafını dəstəkləyən Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyası ilə mükəmməl uyğunlaşır.

Bankın bu və digər karyera fürsətləri barədə ətraflı məlumatı yelo.az saytında, həmçinin Yelo Bank-ın rəsmi sosial media hesablarından əldə edə bilərsiniz.


Online pul krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!