Hər ilin oktyabr ayı bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə tədbirləri ilə yadda qalır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarında qeyd olunub ki, süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Hər il dünyada təxminən 2.3 milyon yeni süd vəzi xərçəngi hadisəsi qeydə alınır. Statistikaya görə hər 8 qadından 1-i süd vəzi xərçənginə tutulma riski daşıyır. Bu risk bir sıra faktorlarla, o cümlədən yaş, ailə tarixi, hormonal faktorlar və həyat tərzi ilə artır.
Daim əməkdaşlarının sağlamlığını düşünən Yelo Bank bu önəmli məsələyə diqqət çəkmək və dəstək olmaq üçün Liv Bona Dea Hospital ilə birlikdə "Süd Vəzi Xərçəngi Maarifləndirmə Günü"nü təşkil edib. Seminar zamanı peşəkar onkoloq dəyərli məlumatlar paylaşıb və erkən müayinənin vacibliyini bir daha xatırladıb.
Qeyd edək ki, Yelo Bank əməkdaşlarının həm sağlamlığını, həm də mənəvi istirahətini nəzərə alaraq bir sıra layihələrə imza atıb. Cari ilin əvvəlindən Bank daxilində əməkdaşlar üçün ödənişsiz göz, D vitamini, gizli şəkər, qalxanabənzər vəz və digər müayinələr həyata keçirilib. Həmçinin, tanınmış tibb nümayəndələrinin iştirakı ilə sağlamlıq sessiyaları və müntəzəm yoqa dərsləri də təşkil edilir.
Bank xidmətləri (https://www.yelo.az/az/about-bank/career/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!