Yelo-dan çoxfunksiyalı mobil əlavə

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank Türkiyəyə ianə etdi

Yelo Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmişlərə yardım məqsədilə ianə etdi. Bank, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına 100 000 AZN məbləğində vəsait köçürüb. Qeyd etmək lazımdır ki, zəlzələnin baş verdiyi ilk gündən Yelo Bank Türkiyəyə öz dəstəyini əsirgəmədi. Bank kollektivi zərərçəkmişlər üçün humanitar yardımda iştirak edərək 80-dən çox qutu hazırlayıb, yardım məntəqəsinə təhvil verib. Həmçinin dəstək olmaq istəyən müştərilər üçün də Bankın mobil tətbiqi vasitəsilə birbaşa AFAD-a ianə köçürmək mümkündür. Bu əməliyyatlar komissiyasız və ƏDV-sizdir.

Yelo Bank bu faciədə həyatını itirənlərin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyir.  
   
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!