Xəbərlər siyahısı

Xəbərlər

Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası!

Yelo Bank korporativ müştərilərinin işini sadələşdirən rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar Yelo İnternet Bankçılıq platforması üzərindən tender qarantiyasını artıq heç bir girov təqdim etmədən əldə edə bilərlər.

İndiyədək tenderlərdə iştirak zamanı girov qoyulması tələbi sahibkarlar üçün əlavə sənədləşmə və vaxt itkisi yaradırdı. Yelo Bank bu baryeri aradan qaldıraraq, biznes subyektlərinə 5000 manatadək olan tender qarantiyasını əmlak qiymətləndirməsi olmadan, 100% rəqəmsal formatda təklif edir. Sahibkarlar tenderin şərtlərinə uyğun müddəti sərbəst seçərək, müraciətdən sənədin əldə olunmasınadək bütün prosesi birbaşa İnternet Bankçılıq kabinetindən həyata keçirə bilirlər.

Hələ də Yelo Bank-da biznes hesabı olmayan sahibkarlar da bu imkandan rahatlıqla yararlana bilərlər. Yelo İnternet Bankçılıq portalına daxil olaraq cəmi bir neçə dəqiqə ərzində rəqəmsal biznes hesabı açmaq və dərhal girovsuz tender qarantiyası üçün müraciət etmək mümkündür.

Xidmət haqqında daha ətraflı məlumat və müraciət üçün: https://ylb.az/ibank. 

Bank xidmətləri ilə, eləcə də mikro kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!