Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Auditor/Aparıcı Auditor

  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Digər
  • Elan tarixi: 28-02-2025
  • Son Tarix: 09-04-2025

Vəzifə və öhdəliklər

  • Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
  • Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması;
  • Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
  • Daxili Auditorlar Institutunun və bankın etika məcəlləsinə riayət olunması;
  • DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
  • DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
  • DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görməsi.

 



Tələblər

  • Bank sahəsində minimum 2 il iş təcrübəsi;
  • Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli;
  • Ali iqtisadi və ya hüquqi təhsilə malik olmalı;
  • Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı
  • MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı;
  • Komanda ilə işləmə qabiliyyəti olmalı;
  • Ünsiyyət bacarığı olmalı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
  • Yeni vəziyyətə, məlumata və çətinliklərə adaptasiya olma bacarığı və istəyi olmalı;
  • Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Komandamıza qoşulmağa hazırsan?

CV göndər