- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 19-11-2024
- Son Tarix: 29-12-2024
Vəzifə və öhdəliklər
- Biznes hədəflərini təkmilləşdirmək üçün statistik modellərin (təsnifat modeli və s.) qurulması və optimallaşdırılması;
- Riyaziyyat, statistika, kompüter elmləri, "machine learning" və məlumatların vizuallaşdırılması kimi tətbiq üsulları vasitəsilə məlumatların təhlil edilməsi;
- Trendlər və ya nümunələrdən fərdi modellər və ya prototiplər yaratmaqla məlumat əsasında qərar qəbul edilməsinə dəstək olmaq;
- Trendləri və nümunələri aşkar etmək, məhsulun inkişafı və biznes strategiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə şirkətin verilənlər bazasından böyük həcmdə məlumatların təhlili;
- Modelləşdirmə nəticələrini və məlumatların da\aydın və ardıcıl şəkildə təqdim etmək.
Tələblər
- Ali təhsil;
- Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək;
- Python`la iş təcrübəsi;
- SQL biliyi böyük üstünlükdür;
- Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə;
- Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi;
- Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı;
- Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları;
- Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər