Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Data Governance üzrə Baş Mütəxəssis

  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Elan tarixi: 21-10-2024
  • Son Tarix: 30-11-2024

Vəzifə və öhdəliklər


  • Məlumatlar Bazasının düzgün idarə olunması, məlumatların düzgünlüyünün yoxlanılması və təmin edilməsi;
  • DWH-in qurulması üçün istəklərin biznesdən alınması, düzgün formada strukturlaşdırılması və uyğun texniki tapşırıqların data arxitektorlara ötürülməsi;
  • DWH layihəsinin biznes tərəfdən idarə olunması, biznes tələblərinin düzün emalı və texniki tələblərin yazılması;
  • Bankda Data Governance üzrə strategiyanın hazırlanması və icrası;
  • Data Governance – Data Strukturunun başdan düzgün şəkildə qurulması və DWH divisiona ötürülməsi;
  • Bankdaxili məlumatlar bazasına aid terminologiyanın düzgün təyini və təmin olunması;
  • Məlumatlar bazasının təkmilləşdirilməsinə aid layihələrin təşkili və idarə olunması;
  • Bankdaxili məlumatların, hesabatların və məlumat bazası ilə əlaqəli kommunikasiyanın düzgün aparılmasının təmin edilməsi;
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi;
  • Məlumatı emal edib təhlil üçün lazımi formata salmaq ;
  • Məlumatın əldə edilməsi və layihələrin idarə edilməsi təşəbbüslərinə başlamaq və icrasında iştirak etmək.

Tələblər

  • Data Governance üzrə 1-3 illik iş təcrübəsi;
  • İqtisadiyyat, Biznes, Tətbiqi Riyaziyyat, Statistika üzrə Ali təhsil;
  • Excel, SQL, PL/SQL, R, STATA üzrə biliklər arzuolunandır;
  • Tableau upper-intermediate səviyyədə bilik;
  • Ünsiyyət qurma və koordinasiya bacarığı;
  • Stress altında işləmə bacarığı;
  • Komandada işləmə bacarığı.



Komandamıza qoşulmağa hazırsan?

CV göndər