Digər vakansiyalar

Əməliyyat riskləri üzrə mütəxəssis

İş təcrübəsi

1-2 il
  • Vakansiya növü: Müvəqqəti
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Vəzifə: Mütəxəssis
  • Elan tarixi: 21-11-2025
  • Son Tarix: 30-11-2025

Vəzifə və öhdəliklər

  • Bankın tənzimləyici sənədlərinin hazırlanmasında və uyğunlaşdırılmasında iştirak etmək, onlara əməliyyat risklərininn idarə olunmasına aid hissədə dəyişiklik edilməsi;
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarə olunması və onlara dair hesabatlıq;
  • Əməliyyat riskləri üzrə məlumat bazasında risk hadisələrinin hazırlanması, saxlanması və müntəzəm monitorinqi;
  • Baş vermiş risk hadisələrinin araşdırılması prosesində iştirak, rəhbəri və aidiyyatı strukturlara bu haqda məlumatın verilməsi;
  • Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik yardım;
  • Təsdiq edilmiş tədbir planına uyğun proseslərin qiymətləndirilməsi;
  • Əsas risk göstəriciləri üzrə aylıq, rüblük və illik əsasda hesabatların hazırlanması;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın riskləri üzrə risk xəritəsini yaradılmasında iştirak və davamlı nəzarət prosesinin həyata keçirilməsi.

 

Qeyd: Vakansiya müvəqqətidir (Analıq məzuniyyəti əvəzləməsi)



Tələblər

  • Ali təhsil (İqtisadiyyat və maliyyə istiqaməti üzrə);
  • Yelo bankda 1il iş təcrübəsi və ya bank əməliyyat riskləri sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Risklərin idarə edilməsi barədə AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • MS Office proqramlarında sərbəst şəkildə işləmək bacarığı. SQL bilikləri üstünlükdür;
  • Analitik düşüncə qabiliyyət və riyazi biliklər;
  • Məsuliyyətli, dəqiq, ünsiyyət qurma və komandada işləmə bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır.
Komandamıza qoşulmağa hazırsan?

CV göndər