Kredit əməliyyatları üzrə kiçik mütəxəssis (Mərkəz filialı)
İş təcrübəsi
1 ilədək- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Vəzifə: Mütəxəssis
- Elan tarixi: 22-01-2025
- Son Tarix: 03-03-2025
Vəzifə və öhdəliklər
· Müsbət qərar verilmiş kreditlər üzrə əməliyyat sistemindən hazır kredit sənədlərini çap edir və müştəriyə imzalatdırır;
· Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədləri yoxlayır və müştəriyə imzalatdırır;
· Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət edir və daxili prosedura əsasən arxivləşdirir;
· İş prosesində Bankın digər struktur bölmələri ilə sıx və effektiv əməkdaşlıq edir.
Tələblər
Ali təhsil
Bank sahəsində təcrübə arzuolunandır, kredit inzibatçılığı sahəsində təcrübəyə üstünlük verilir.
Azərbaycan dili (mütləq), Rus və İngilis dilləri arzuolunandır.
Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı
Səmərəli ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
İşlərini planlaşdırma bacarığı;
Verilən tapşırıqları tez və yüksək keyfiyyətlə yerinə yetirmə bacarığı.
CV göndər