- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 21-10-2024
- Son Tarix: 30-11-2024
Vəzifə və öhdəliklər
- Gənc və potensiallı data analitiklərdən ibarət komandanı idarə etdirilməsi və inkişaf etdirilməsi;
- Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
- Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes - halların hazırlanması. Biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır;
- Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
- CVM\CLM platformasının yenidən qurulması üzrə biznes tapşırıqların verilməsi və platformanın başdan başa (biznes tərəfdən) idarə olunması;
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.
Tələblər
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə Ali təhsil;
- CRM, CLM, Seqment Sahəsi, Məlumatların təhlili və işlənməsi, və ya proqnozlaşdırma sahəsində, Bank,Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 3 illik iş təcrübəsi;
- Biznesin / Data analitikası, Məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə bilik ;
- Yüksək Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
- Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;
- Liderlik bacarığı;
- Təhlil bacarığı;
- Problem həlletmə bacarığı;
- Ünsiyyət qurma və koordinasiya bacarığı;
- Komandada işləmək bacarığı.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər