Xəbərlər siyahısı

Xəbərlər

Gənc rəssam Yelo Banka çəkdiyi rəsmi hədiyyə etdi

Çətinliklər əsl istedad üçün əngəl deyil. Bu sözlər bizim gənc rəssamımız Könülü çox düzgün təsvir edir. O, ətraf aləmin səslərini eşitməsə də, sözlə ifadə edə bilməsə də, rəsmləri ilə bütün gözəllikləri necə çatdıracağını yaxşı bilir.Gənc olmasına baxmayaraq, əsərləri müsabiqələrdə yer tutur və sərgilərdə iştirak edir. O, fəaliyyətini genişləndirmək məqsədi ilə 2 il əvvəl Özünəməşğulluq proqramına müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilən bu proqram çərçivəsində banklar fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımızı istehsal və ya xidmət avadanlığı ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik bizneslərini qurmağa və mövcud fəaliyyətlərinin genişləndirilməsinə dəstək olmaqdır.
Bu tip sosial layihələrin reallaşdırılmasına xüsusi əhəmiyyət verən və özünüməşğulluq proqramına ilk qoşulanlar banklardan olan Yelo Bank Könülü və bir neçə müraciətçinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Onlara fəaliyyətlərinin daha da inkişaf etdirilməsi üçün lazımi alətlər, materiallar və avadanlıqlar təqdim olundu.
Gənc və istedadlı rəssam minnətdarlıq əlaməti olaraq çəkdiyi rəsmi Yelo Banka hədiyyə etdi. Yelo ailəsi adından bankın ofislərindən birini bəzəyəcək gözəl hədiyyəyə görə Könülə təşəkkür edir, ona yaradıcılığında uğurlar arzulayır.