Xəbərlər siyahısı

Xəbərlər

Mebel avadanlıqlarının alınması üzrə tender

“Yelo Bank” ASC inzibati binası üçün mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir.

Tender 5 (beş) lot üzrə keçirələcəkdir.

I Lot –  Quraşdırma (fiks) mebel və aksessuarlar

II Lot – Metal konstruksiya mebelləri (stellaj, loker və s.)

III Lot – Ofis mebeli

IV Lot – İclas otaqları üçün mebel

V Lot – Yumşaq mebel

Satın alınacaq mebellərin siyahısı və digər məlumatlarla əlavə fayllarda tanış ola bilərsiniz.

İştirakçı şirkətlər bir və ya bir neçə lot üzrə iştirak edə bilərlər.

Təkliflər hazırlanarkən, Bank tərəfindən təqdim edilmiş renderlər rəhbər tutulmalıdır.

İştirakçı şirkətlər müraciət etdikləri lotlar üzrə təcrübəyə və portfelə malik olmalıdırlar.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
  • Müqavilənin icra müddəti

 

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Qiymət təklifi
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

 

Tender təklifi

2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

  • Tender təklifləri 21 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.


3. Satın alınacaq avadanlıq siyahısının əldə edilməsi

  • Tender iştirakçıları satın alınacaq mebel avadanlığı siyahısını və ətraflı məlumatı saytdan yükləməklə yanaşı, elektron və ya çap edilmiş nüsxədə əlaqələndirici şəxslərdən istənilən iş günü saat 10:00-17:00 arası ala bilərlər.


4. Müqavilənin icra müddəti

  • Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
  • Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

 

5. Ödəniş və digər şərtlər

  • Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
  • Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
  • Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
  • Tender iştirakçıları hər lot üzrə keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Təklif avadanlıqların quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Təklif verilən zaman iştirakçı müqavilə icra edildikdən sonra, 24 ay ərzində zərurət yarandıqda bank üçün eyni məhsullardan təqdim etmək imkanına malik olmalıdır.
  • Tələb edildikdə iştirakçı müəyyən mebel avadanlıqları üzrə 10 gün ərzində nümunə təqdim etmək imkanına malik olmalıdır.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  • Tender təklifləri Bankın təqdim etdiyi təklif forması üzərindən verilməlidir.
  • Müqavilə imzalanana qədər Bank satın alınacaq mebel avadanlıqlarının sayınının artırılması və ya azaldılması hüququna malikdir.

 

6. Satınalan təşkilatın ünvanı

Bakı ş. Puşkin küçəsi 30, AZ1010

Əlaqələndirici şəxslər:

  • Elşad F. Rəhimov

İnzibati və Təchizat departamentinin

Baş mütəxəssisi

+99412 981 daxili 1974

+99455 2140087

[email protected]

 

  • Esmira Mürsəli

Memar-dizayner

+99412 981 daxili 1788

+99450 9787788

[email protected]

 

7. Tenderin nəticəsi haqqında məlumat

Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.

 

8. Tender sənədlərini aşağıdakı linkdən yükləyə bilərsiniz:

Tender sənədləri