Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Şəhid ailələrinə dəstək

Yelo Bank olaraq torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına mübarizə aparan və şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələrinə dəstək olmağı özümüzə borc bilirik.

Bunu nəzərə alaraq, Xocavənd rayonu Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Qarabağ uğrunda döyüşlərdə şəhid olan və yaralanan əsgər və zabitlərimizin ailələrinə yardım payları apardıq. Qəhrəmanlarımızın ailələri ilə görüşdük, bacardığımız qədər onlara təsəlli verməyə çalışdıq.

Xatırladaq ki, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı. Ordumuza dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərmişik.  

Ordumuzun hər bir üzvü bizim fəxrimizdir, sizlərə nə qədər təşəkkür etsək azdır. Torpağı vətən edən onun uğrunda edilən fədakarlıqlardır.

Torpaqlarımız uğrunda apardığımız vətən müharibəsində qalib gəlməyimiz, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik! Biz qalib gəldik.

Yeni Şuşa filialımızın açılması diləyi ilə - Yelo Bank.

Yelo-dan çoxfunksiyalı mobil əlavə