Многофункциональное мобильное приложение Yelo

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

FAQ

Форум

Birja nədir?

Birja, səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlərlə mütəşəkkil ticarət məkanıdır.

Birja dedikdə bir çox insanın ağlına pulların mücərrəd formada dövriyyəsi gəlir. Bu sahədə olmayan insan üçün bütün bu anlayışlar bir qədər qaranlıq olsa da, əslində, birjanın və onun formalarının çox sadə açıqlaması var. Həmçinin birjanın özü də hər kəsin yararlana biləcəyi formada sadədir.

Birja nədir, necə olur?

Birja səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə birlikdə hərtərəfli ticarət məkanıdır. Daha sadə bir dillə desək, birja qiymətli kağızlar və bənzərlərinin alınıb-satıldığı platformadır. Bu, təbii olaraq, məsələnin istifadəçi – səhmçi tərəfindən görünən tərəfidir. Şirkətlər üçün birja öz səhmlərini satışa qoyaraq investor əldə edə bildikləri, beləliklə, daha çox özlərinə sərmayə qoya biləcəkləri platformadır. Bu səbəbdən, yayılmış inancın əksinə olaraq, şirkətlər səhmlərinin birjalarda yüksək qiymətə satılmağında daha maraqlıdır və hər vəchlə bu yüksək qiyməti saxlamağa çalışırlar.

Birja növləri

Birja özü geniş anlayış olduğu üçün, bir neçə kateqoriyaya bölünür və hər kateqoriyasının da öz funksiyası və üstünlükləri mövcuddur. Onlardan bəziləri aşağıdakılardır:

  • Əmtəə birjası. Birja, xüsusilə də ənənəvi birja nedir deyildikdə, ağla birinci gələn ən qədim növü olan əmtəə birjası, yəni  sənaye xammallarının və ya kənd təsərrüfatı məhsullarının alınıb-satılması birjasıdır. Bu birja növü hazırda o qədər də aktiv olmasa da, müəyyən yerlərdə mövcudluğunu qorumaqdadır. Əvvəlki dövrlərdə bu pambıq, kakao, gön-dəri, hətta kauçuk məhsulunun və ya xammalının alınıb – satılması şəklində özünü göstərirdi.
  • Qiymətli metallar, qiymətli daşlar birjası. Yerin təbii sərvətləri min illərdir ki, insanların marağındadır. Qızıl, platin, gümüş kimi qiymətli metalların, almaz, zümrüd, rubin və digər dəyərli daş-qaşlar alınıb-satıldığı birjalar hələ də aktiv fəaliyyət göstərir. Hazırda bu birjalarda yüksək dalğalanmalar müşahidə edilməsə də, gələcəkdə dəyişəcəyi ehtimalı da az deyil.
  • Qiymətli kağızlar birjası. Səhmlər, yəni qiymətli kağızlar keçmişdə olduğu kimi, indi də ən dəyərli və rahat investisiya mənbələrindən biridir. Bu bazarı ayaqda saxlamaq üçün nə isə etməyə də ehtiyac yoxdur. Google, Amazon, Apple kimi böyük şirkətlərin bir andaca sıfırdan milyona qalxan səhm qiymətləri insanları hələ də səhmlərə və onların gələcək vəd edə bilən uğurlarına inandırmağa kifayət edir.
  • Kriptovalyuta birjası. Artıq kriptovalyutae illərdir həyatımıza daxil olsa da, bu birja nədir sualı bir çoxlarına maraqlı ola bilər. BitCoinin məşhurluğu ilə kriptovalyuta bir anda həyatımıza, həm də birjalara girdi. Artıq birjalarda yüzlərlə müxtəlif növünə rast gəlmək mümkündür. Əvvəlki kimi olmasa belə, böyük dalğalanmalara rast gəlinməsi də az deyil. Buna görə də, hələ də ən aktiv birjalardan biri sayılır.

Birjaya daxil olmaq asandırmı?

Əvvəlki dövrlərdə birja yalnız ondan xəbəri və müəyyən biliyi olan şəxslər üçün əlçatan idisə, artıq hər kəs asanlıqla birjaya daxil olaraq onun istifadəçisinə çevrilə bilər. Bunun üçün xüsusi bir məkana getməyə belə ehtiyac yoxdur. Onlayn qaydada bu işləri həyata keçirmək mümkündür. Hətta artıq müəyyən banklar öz xidmətləri sırasına birja – qiymətli kağızların alınıb -satılmasını da daxil ediblər. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəksə birjanı daha yaxından öyrənmək və istifadə etmək imkanı hər kəsə maraqlı olacaq. Birja haqqında bunu da bilməliyik ki, müəyyən birjalar günün müəyyən saatlarında açıq olur. Bu da alqı-satqı zamanı diqqətli olmağı, birja bağlanana yaxın yaşanılan dalğalanmalardan çox da təsirlənməməyi lazım edir. Ümumiyyətlə, daha az risk ilə daha çox qazanc üçün bütün sərmayəni bir investisiyaya qoymaq əvəzinə, bir neçə investisiya arasında bölüşdürmək daha məqsədəuyğun hesab olunur.

13851 Baxış
Müəllif : Abbas Axundov
Онлайн кредит

Зарплата

AZN

Сумма

AZN

Мы гарантируем безопасность и сохранность ваших данных