Yelo-dan çoxfunksiyalı mobil əlavə

Yelo kredit kartı ilə istədiyin ödənişləri his-sə-lə!

  • Məbləğ - min. 400 AZN - maks.10 000 AZN

  • Taksit - 24 ayadək

  • Kartın müddəti - 5 il

  • Güzəşt dövrü - 70 günədək

  • Kredit müddəti - 48 ay

  • Valyuta- AZN

Yeni taksit funksiyalı Yelo kredit kartı sənin üçündür

Kartı sifariş et

Olduğun yerə çatdıraq

İstifadədən zövq al

Əlavə məlumat

*  Taksit bölgüsü üçün minimal məbləğ 20 AZN olmalıdır.
** Güzəşt müddəti ərzində kredit xəttindən istifadə olunan məbləğə faiz hesablanmır. Güzəşt müddəti tətbiq olunan əməliyyatlar üzrə ödəniş günü əməliyyatın icra tarixindən sonrakı 2-ci ayın 1-10 u tarix aralığıdır.
*** Güzəşt müddəti yalnız nağdsız POS-terminal və onlayn əməliyyatlarda keçərlidir (kredit ödənişləri, kartdan-karta köçürmə, Gambling, Quasi-cash, pul kisələrinə köçürmə istisna olmaqla).
**** Taksit funksiyalı kredit kartına daxil edilən vəsait müəyyən olunmuş silinmə ardıcıllığı ilə borcdan silinəcək.
Qeyd: Güzəşt müddətli digər kredit kartlarında silinmə növbəti iş günündə icra olunur.

Faktiki illik faiz dərəcəsi (FİFD): maks. 28%

Kartlar və Nağdlaşdırma üzrə tariflər: Tariflər

Yelo kredit kartı sifariş et

“Sifariş et” basmaqla Azərbaycan Kredit Bürosundan kredit tarixçəsi və Asan finansdan fərdi məlumatların alınmasına razılıq verirəm.

Paylaş

FİN Kod nədir?

Köhnə nəsil Ş/V
Yeni nəsil Ş/V

Sual-cavab

Kredit silinmə ardıcıllığı necədir?

  1.  Gecikdirilmə faizləri
  2.  Gecikdirilmiş əsas borc
  3.  Faizlər
  4.  Əsas borc

a) Yetərli miqdarda olmayan ödənişlər üçün aparılan əməliyyatların növü nəzərə alınmaqla aylar üzrə əvvəlcə nağdlaşdırma, kredit ödənişi, kartdan-karta köçürmə, elektron pul kisələrinə köçürmələr üzrə, daha sonra  pos terminal və onlayn alış-veriş zamanı nağdsız qaydada istifadə  edilmiş, taksitə bölünməyən və güzəşt müddəti tətbiq edilən əməliyyatlar üzrə ayrı ayrılıqda ilkin olaraq minimal ödəniş (əməliyyatın 5%-i, minimum 10 manat) olmaqla silinəcəkdir. Daha sonra isə qalıq məbləğ artıq miqdarda ödənişlər zamanı tətbiq edilən silinmə ardıcıllığı ilə aparılan əməliyyatlara uyğun olaraq silinir.

b) Əlavə olaraq artıq miqdarda edilən ödənişlər müştərinin həyata keçirdiyi əməliyyatlara uyğun olaraq aylar üzrə əvvəlcə qeyri-taksit əməliyyatlarına daxil olan və güzəşt müddəti tətbiq edilməyən əməliyyatlara (nağdlaşdırma, kredit ödənişi, kartdan-karta köçürmə, elektron pul kisələrinə köçürmə), daha sonra pos terminal və onlayn alış-veriş zamanı nağdsız qaydada istifadə  edilmiş, taksitə bölünməyən və güzəşt müddəti tətbiq edilən əməliyyatlara, sonda isə taksitə bölünən əməliyyatlara silinir.

Minimal ödəniş nədir?

Minimal ödəniş ümumi qeyri-taksit borcunun hər ay ödənilməli olan hissəsidir. Minimal ödəniş əsas borcun 5%-i (minimum 10 AZN) olaraq təyin edilir.
Yəni əgər tam borcu ödəmirsənsə,
ən azı 5%-ni ödəməlisən. 

Misal:

8 sentyabr tarixində 200 AZN qeyri-taksit əməliyyatı etmisən. 1-10 noyabr aralığında
arasında tam borcu ödəməyəcəksənsə,
əsas məbləğin 5%-ni, yəni 10 AZN (200*5%) ödəniş etməlisən.

Hansı halda faiz hesablanmır?

Güzəşt müddəti ərzində tam ödənilməyən öhdəlik faiz hesablanan borc olaraq nəzərə alınır. Belə ki, istifadə olunan məbləğ növbəti 2-ci ayın 10-dək tam şəkildə ödənilməzsə, üzərinə illik 25% olmaqla gündəlik faiz hesablanır. Eləcə də, güzəşt müddətində ödənilməyən məbləğ üzrə minimal ödəniş təyin ediləcəkdir. Minimal ödəniş alış məbləğin 5%-ni təşkil edəcək (min 10 AZN).

Misal:

“8 Sentyabr tarixində 200 AZN pos terminal və ya onlayn alış-veriş zamanı nağdsız qaydada istifadə olunub. Noyabrın 10-dək tam ödənilməzsə, növbəti gündən (11 noyabr) faiz hesablanmağa başlayacaqdır, gündəlik ~0.14 AZN ((200 AZN*illik 25%)/360 günə). Bu faizlər növbəti ayın ödənişində öz əksini tapacaqdır.”

Hansı halda cərimə hesablanmır?

Cəriməyə düşməmək üçün hər ayın 1-dən 10-dək qeyri-taksit əməliyyatları üzrə minimal ödənişi və taksit əməliyyatı üzrə cari ayın aylıq ödənişlərini etmək lazımdır.

Ödəniş etməsən, növbəti gündən (ayın 11-dən) etibarən cərimə hesablanmağa başlayacaq. Cərimə faizi müqaviləyə əsasən hesablanır.

Misal: 

8 sentyabr tarixində 600 AZN güzəşt müddətli nağdsız və 300 AZN məbləğində faizsiz 3 taksitli əməliyyat etmisən. 1-10 oktyabr aralığında aylıq ödənişin 100 AZN(300 AZN/3ay=100 AZN faizsiz taksit əməliyyatının aylıq ödənişi), 1-10 noyabr aralığında aylıq ödənişin minimal 130 AZN təşkil edəcək (100 AZN taksit üzrə aylıq ödəniş, 600 AZN*5%=30 AZN minimal ödəniş) təşkil edəcək.

Kartım bloklananda nə etməliyəm?

Əgər ödəniş edilmədiyi üçün kartın bloklanıbsa, həmin günə ödənməli borcu ödəməlisən :)
Unutma, son ödəniş tarixindən sonra bloklama ilə yanaşı, həm də cərimə faizi hesablanır!
Beləliklə, kartın blokdan çıxarılması üçün əvvəlcə cərimələrini, daha sonra həmin günə olan faizləri, qeyri-taksit əməliyyatları üzrə minimal ödənişi və taksit əməliyyatları üzrə aylıq ödənişi etməlisən. Ödəniş etdiyin halda gün sonu silinmə aparılır və kart blokdan azad olur.


 




Kart xidmətləri