Yelo-dan çoxfunksiyalı mobil əlavə

Geri qayıt

Forum

Yelo Bankda tətbiq olunan güzəştli ipoteka şərtləri nələrdir?

Bankımız tərəfindən təklif olunan güzəştli ipoteka krediti ilə xəyallarınızdakı evi reallaşdırmaq çox asandır. Güzəştli ipoteka üçün tələb olunan şərtlər aşağıdakı kimi sıralana bilər:

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs və s.

Krediti şərtləri ilə bağlı daha geniş məlumat əldə etmək üçün İpoteka krediti səhifəmizi incələyin.

2390 Baxış
Müəllif : Aynur Qənbərova