Yelo-dan çoxfunksiyalı mobil əlavə

Son illərin ən populyar layihələrindən biri olan ƏDV geri al artıq Yelo App istifadəçiləri üçün aktivdir. İndiyədək Yelo kartla hər alış-verişlərinizdən cashback qazandığınız kimi, indi geri alacağınız ƏDV faizləri ilə daha çox qazanacaqsınız.

ƏDV geri al funksionallığından istifadə etmək üçün ilk növbədə Yelo App-i yeniləməyiniz vacibdir. Daha sonra isə aşağıdakı addımları təkrarlayın:

  • Yelo App-in əsas səhifəsində “Əlavələr” menyusuna daxil olun,
  • “ƏDV geri al” əlavəsinə keçid edin,
  • ŞV-in Fin kodunu və əlaqə nömrənizi yazaraq qeydiyyatdan keçin,
  • SMS-lə göndərilən şifrəni daxil edin,
  • Budur, “ƏDV geri al” kabinetiniz aktivdir!

Burada QR kodu oxutduğunuz və Fiskal ID-ni daxil etdiyiniz qəbzlərin statusunu yoxlaya bilərsiniz. ƏDV faizləri “təsdiqlənən”, “gözləmədə” və “ləğv olunan” statusları ilə əks olunur. Yeni qəbz əlavə etmək üçün “Qəbzi skan et” düyməsinə sıxıb, QR kodu oxudun və ya Fiskal ID-ni əl ilə daxil edin. Təsdiqlənən vəsaiti nağdlaşdırmaq isə edvgerial.az portalında Yelo Bank kartına köçürməklə həyata keçirilir. Qeyd edək ki, Yelo Bank kartlarına ƏDV faizlərinin köçürülməsi komissiyasızdır.

Yelo mobil tətbiqi yükləmək üçün: https://bit.ly/edv-geri-al

Əlavə suallarınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Banka gəlmədən 50000 AZN-dək kredit almaq istəyirsən? Onlayn sifariş ethttps://bit.ly/kreditvar