Depozit seyfləri qarət, yanğın və bu kimi hallardan qorunmaq üçün daha yaxşı yoldur.
Sənədlər, qiymətli kağızlar, pullar, qızıl-zinət əşyaları, müxtəlif kolleksiyalar və s. dəyərli əşyalarını seyfdə saxlaya bilərsən. Xidmətdən yararlanmaq üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir. Bütün xidmət müddəti ərzində icarə götürdüyün seyfdən məhdudiyyətsiz istifadə hüququn olacaq.
- Aşağı tariflər
- Yüksək təhlükəsizlik
- Etibarnamə vasitəsilə seyf qutudan istifadə etmək imkanı
- Qeyri rezidentlərin istifadə imkanı
- Seyfdə saxlanılanlar və sahibi haqda məlumatın tam konfidensiallığına təminat
- Siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunmuş otaqlarda seyfllərin 24 saat fasiləsiz peşəkar mühafizəsi
Əmanət qutuları Mərkəz filialda yerləşir və fiziki şəxslər üçün nəzərdə tutulub. Depozit qutularının tarifləri və ölçüləri aşağıdakı kimidir:
Seyf ölçüləri (hündürlük*en*uzunluq ) |
1 ay |
3 ay |
6 ay |
12 ay |
Aylıq* |
Cərimə* (açar itirilmə) |
---|---|---|---|---|---|---|
Kiçik (11sm x 23sm x 42sm) |
20 AZN |
50 AZN |
90 AZN |
170 AZN |
20 AZN |
100 AZN |
Orta (16.5sm x 23sm x 42sm) |
30 AZN |
80 AZN |
150 AZN |
280 AZN |
30 AZN |
|
Böyük (36.5sm x 23sm x 42sm) |
50 AZN |
140 AZN |
260 AZN |
500 AZN |
50 AZN |
*Bu tarif müddətdən artıq istifadə edilən aylar üçün istifadə edilir.
**Müştəriyə təqdim olunan 2 açardan birini və ya ikisini itirildiyi halda cərimə məbləğ ödənilməlidir.
Qeyd: Silah, narkotik vasitələr və ya psixotrop maddələr, partlayıcı maddələr, radioaktiv, kimyəvi aktiv və zəhərləyici maddələr, həmçinin tez xarab ola bilən və ya qoxu verən məhsulların saxlanılmasına icazə verilmir.